İnterpress.az xəbər verir ki, Türkiyənin cənub qərbində yerləşən Dənizli vilayətində Pamukkale şəhərindən Antalya şəhərində hərəkət edən içərisində turistlərin olduğu sərnişin avtobusu aşıb.
Qəzada 4 nəfər ölüb, çox sayda yaralı var. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşını gəlib. Ölənlərdən 4-ü də turistdir və onlar hadisə yerində keçiniblər. Bundan başqa, yaralılardan 35 nəfəri turist, biri sürücü, digər ikisi isə bələdçidir. Onlardan üçünün vəziyyəti ağırdır. Qəzaya yağışdan sonra yolun sürüşkən olması səbəb kimi göstərilib.
İnterpress.az