İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3000 metr aralı nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlunun suda batması haqqında məlumat daxil olub. B.Mikayılovun cəsədi “Novxanı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:40-da başa çatıb.
İnterpress.az