Polislə PKK arasında atışma: ölü və yaralılar var – VİDEObackend

Polislə PKK arasında atışma: ölü və yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, nəticədə 2 nəfər ölüb, 10-a yaxın adamlar yaralanıb.

İnsident təhlükəsizlik qüvvələrinin məhəllələrdəki xəndəkləri doldurmağa gəlməsi zaman baş verib. PKK-lılar minaatanlardan və uzunçaplı silahlardan atəş açıb. Polis atəşə qarşılıq verib.

Yaralıların aparıldığı xəstəxananın təcili yardım şöbəsindən başqa şöbələrə xəstə qəbulu dayandırılıb.

Silopinin Başak məhəlləsində atışmalar davam edərkən şəhər küçələrinə çox sayda zirehli texnika çıxarılıb. Şəhər sakinləri evdən bayıra çıxmır.

Bəzi evlərdə atışma səbəbi ilə yanğın başlayıb.



İnterpress.az