Futbol üzrə Rusiya millisində yeni baş məşqçibackend

Futbol üzrə Rusiya millisində yeni baş məşqçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Futbol İttifaqı (RFİ) Fabio Kapellonun istefasından sonra boş qalan posta MOİK-in çalışdırıcısı Leonid Slutskini təyin edib.

44 yaşlı mütəxəssislə müqavilə Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulub. Bu il başa çatacaq seçmə mərhələnin sonunadək Slutski yığma ilə yanaşı, klubda da fəaliyyət göstərəcək. Belə ki, 2009-cu ildən Moskva MOİK-inin baş məşqçisi olan mütəxəssisin hər iki postda çalışması ilə bağlı RFİ və klub arasında razılıq əldə olunub.

Qeyd edək ki, Slutski MOİK-ə qədər Rusiyanın digər klubları “Uralan”, “Moskva” və “Krılya Sovetov”un baş məşqçisi olub.

İnterpress.az