Avropa Liqasında klublarımızın rəqiblərinin adı məlum oldu.
\”Qarabağ\” İsveçrə təmsilçisi \”Younq Boys\”, \”Qəbələ\” isə Yunanıstan təmsilçisi \”Panatinaykos\”la qarşılaşacaq.
Qeyd edək ki, təmsilçilərimiz ilk oyunlarını səfərdə oynayacaq. Qarşılaşmalar 20 avqust, cavab oyunları isə 27 avqustda baş tutacaq.
\”Atromitos\” – \”Fenerbahçe\”
\”Altach\” – \”Belenenses\”
\”Milsami Orhei\” – \”St-Etienne\”
\”Jilina\” – \”Athletic Bilbao\”
\”Steaua Bükreş\” – \”Rosenborg\”
\”Jablonec\” – \”Ajax\”
\”Zarya\” – \”Legia\”
\”Young Boys\” – \”Qarabagh\”
\”Molde\” – \”Standart Liege\”
\”Viktoria Plzen\” – \”Vojvodina\”
\”PAOK\” – \”Brondby\”
\”Bordeaux\” – \”Almaty\”
\”Panathinaikos\” – \”Gabala\”
\”Lech Poznan\” – \”Videoton\”
\”Southampton\” – \”Midtjylland\”
\”Dinamo Minsk\” – \”Salzburg\”
\”Rabotnicki\” – \”Rubin Kazan\”
\”Liberec\” – \”Hajduk Split\”
\”Astra\” – \”AZ Alkmaar\”
\”Odd\” – \”Dortmund\”
\”Krosnodar\” – \”HJK\”
\”Thun\” – \”Sparta Prag\”
***
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatma mərasimdə 44 komanda iştirak edəcək. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalar olacaq.
Azərbaycanı bu mərhələdə iki komanda – \”Qarabağ\” və \”Qəbələ\” təmsil edəcək. \”Qəbələ\” \”Apollon\” səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edib. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə \”Seltik\”ə uduzan \”Qarabağ\” da mübarizəni pley-off mərhələsində davam etdirəcək.
Hər iki komandamız püşk zamanı səpələnməmişlər səbətində yer alacaq ki, bu da təmsilçilərimizi nisbətən güclü rəqiblərlə üz-üzə qoyacaq.
Artıq “Qarabağ”ın beş, “Qəbələ”nin isə altı potensial rəqibi bilinib. Bunlar aşağıdakılardır:
\”Qarabağ\”:
\”Ayaks\” (Hollandiya)
PAOK (Yunanıstan)
\”Yanq Boyz\” (İsveçrə)
\”Standard (Belçika)
\”Sent-Etyen\” (Fransa)
\”Qəbələ\”:
“Borussiya” (Dortmund, Almaniya)
“Alkmaar” (Hollandiya)
“Sparta” (Çexiya)
“Panatinaikos” (Yunanıstan)
“Sauthempton” (İngiltərə)
“Krasnodar” (Rusiya)
İnterpress.az