“Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar”backend

“Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Onun sözlərinə görə, Azərbaycanda elə məhsullar var ki, Gürcüstandan keçmədən onları Avropa bazarına çıxarmaq mümkün deyil: ”Gürcüstan üçün sizin məhsulunuz çox qiymətlidir. Ölkələrimizin məqsədləri, istiqaməti, dünya ictimaiyyətinə inteqrasiyası eynidir”.

Səfir Cənubi Osetiya sözlərinin yazıldığı lövhənin Gürcüstanın nəzarətində olan əraziyə doğru irəli çəkilməsi və Bakı-Supsa boru xəttinin bir hissəsinin işğal altında olan əraziyə düşməsi məsələsinə də münasibət bildirib: “Bannerin yerini dəyişmək və onu geri qaytarmaq olar. Bildiyimə görə, onu geri qaytarıblar. Bu təxribatı törədənlər Gürcüstan-Azərbaycan dostluğuna maneə olmağa çalışırlar. Ümid edirik ki, bu niyyət baş tutmayacaq. Biz çalışırıq ki, Bakı-Supsa kəməri həmişə Gürcüstanın nəzarətində olan ərazidən keçsin”. ( apa )

İnterpress.az