İnterpress.az xəbər verir ki, “Təmiz dünya” İctimai Birliyi vasitəsilə ölkə başçısına müraciət edən Əmircan sakini qızının təhsili üçün yardım istəyib: “Cənab Prezident və Mehriban xanım Əliyeva! Mən iki qız anasıyam. Çalışmışam ki, qızlarıma bacardığım qədər təhsil verim. Böyük qızım, 1992-ci il təvəllüdlü Abidova Gülsüm 2013- cü ildə Pedaqoji Kolleci ingilis dili müəllimi ixtisası üzrə bitirsə də, hazırda işləmir. Həyat yoldaşım Abidov Fəxrəddin 13. 02. 2013 –cü, mən isə 14. 11. 2014-cü ildən işləmirəm. Kiçik qızım, 1993-cü il təvəllüdlü Abidova Fidan 26 may 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İnçəsənət Kolleçini bitirib və rəssamlığa həvəsi olduğu ücün Azərbayçan Dövlət Rəssamlıq Akademiyasına imtahan verib. Qabiliyyətdən 8 bal yığıb. Əgər 9 bal yığsaydı, ödənişsiz əsaslarla akademiyaya daxil olardı. Hazırda isə ödənişli əsaslarla təhsilini davam etdirə bilər. Təhsil haqqı 2300 manatdır. Heç bir yerdə işləmədiyimiz və kənar gəlirimiz olmadığı üçün bu vəsaiti ödəməyə imkanımız yoxdur. Bir valideyn kimi buna görə övladım qarşısında xəcalət çəkirəm. Qızım Pedaqoji Universitetə ödənişsiz əsasla qəbul oluna bilər, ancaq o, məhz rəssam olmaq arzusundadır”.
Firəngiz Abidova qızının arzusunun reallaşması üçün dövlət başçısından və Mehriban Əliyevadan kömək istəyib.
İnterpress.az