Xalq artisti reanimasiyaya yerləşdirilibbackend

Xalq artisti reanimasiyaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, avqustun 6-da xalq artistinin səhhəti kəskin pisləşib və onu Elmi-Cərrahiyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər:

“Muxtar hazırda reanimasiyada həkim nəzarəti altında müalicə alır. Çoxdan idi səhhətindən ciddi şikayəti olmurdu, özünü yaxşı hiss edirdi. Dünən vəziyyəti birdən-birə kəskin pisləşdi. Qorxduq ki, onu itirək, şükür Allaha, vəziyyətdən birtəhər çıxara bildilər”.

N. Maniyeva əlavə edib ki, aktyorun səhhəti ilə bağlı əlaqədar yerlərə məlumat verilib, müalicənin nəticəsindən asılı olaraq, həkimlər məsləhət bilsələr, M. Maniyevi sabah palataya köçürəcəklər: “Xəstəxanada bizə hər cür diqqət göstərirlər. Həkimlər Muxtarın sənətini yüksək qiymətləndirirlər, ona görə qulluğunda yaxşı dayanırlar. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xəstəxananın baş həkimi ilə danışıb, baş həkim də arxayın edib ki, əllərindən gələn köməkliyi edəcəklər”.

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

İnterpress.az