İnterpress.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Suraxanı rayonunda
– Hövsan qəsəbəsində Samid Qədirova məxsus “Hövsan bağları” marketdə;
– Qaraçuxur qəsəbəsində Emin Qələndərliyə məxsus mağazada;
Binəqədi rayonunda
– Novxanı kəndində Sevinc Uçarıya məxsus “Saray” marketdə;
Xəzər rayonunda
– Buzovna qəsəbəsində Zöhrab Tağıyevə və Arif Məmmədova məxsus mağazalarda;
Ağcabədi şəhərində
– N.Nərimanov küçəsində Əkbər Vəliyevə məxsus “Kamil” marketdə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Nizami rayonunda
– C.Naxçıvanski küçəsi, 9 ünvanında Raya Gülməmmədovaya məxsus “Fərid” marketdə;
Suraxanı rayonunda
– Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində Yusif Axundova məxsus mağazada;
Xəzər rayonunda
– Zirə qəsəbəsi, Yeni Sahədə Əziz Manafova məxsus mağazada;
Sumqayıt şəhərində
– Nəsimi adına mədəniyyət və istirahət parkında Fuad Umudova məxsus “Şam” istirahət mərkəzində;
Kürdəmir rayonunda
– Mollakənd kəndində Heydər Muxtarova, Ruhulla Bilalova məxsus mağazalarda;
– Kürdəmir şəhəri, M.K.Atatürk küçəsində Natiq Hacıyevə məxsus “Qızıl Gül” marketdə;
Ağcabədi şəhərində
– N.Nərimanov küçəsində Mehman Məmmədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Xətai rayonunda
– Q.Nəbi küçəsində Rafiq Muradova məxsus mağazada və Arzu Qasımova məxsus “Nəzrin” marketdə;
Suraxanı rayonunda
– Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində Məhərrəm Məmmədova məxsus mağazada;
– Qaraçuxur qəsəbəsində Rahim Şeryevə məxsus mağazada;
Xızı rayonunda
– Giləzi qəsəbəsində Elgün Əzimova və Etiqad İbrahimova məxsus mağazalarda;
Gəncə şəhərində
– Xətai prospekti, 111 ünvanında Elmar Abdullayevə məxsus mağazada;
– M.Şeyxzamanov küçəsi, 27 ünvanında İlqar Şıxıyevə məxsus mağazada;
Kürdəmir rayonunda
– Xırdapay kəndində Ceyhun Şiralıyevə məxsus “Yeni” marketdə;
Xudat şəhərində
– H.Aslanov küçəsində Rəhilə Balabəyovaya məxsus mağazada;
Xaçmaz şəhərində
– Z.Bünyadov küçəsi, ev 97 ünvanında Mirkamil Ağayevə məxsus mağazada;
– N.Nərimanov küçəsində Famil Rizvanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və “Facebook” səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
İnterpress.az