İnterpress.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze paytaxt universitetlərinin birinin yaxınlığında yerləşən polis akademiyası qarşısında özünü partladıb.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstan müdafiə nazirliyinin binası yaxınlığında minalanmış avtomobil partladılıb, 15 nəfər ölüb, 200-dək insan yaralanıb. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
İnterpress.az