İnterpress.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, araşdırmanı ABŞ-ın “Quinn Emanuel Urquhart & Sullivan” hüquq şirkəti aparacaq.
FİFA icraiyyə komitəsinin üzvləri bu barədə artıq məlumatlandırılıblar. Araşdırmanın nəticələri hüquq-mühafizə orqanlarına ötürüləcək.
Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da qalmaqal baş vermişdi. Federasiyanın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu.
İnterpress.az