Hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Kolanı kəndində baş verib.
Kənd sakini, 1934-cü il təvəllüdlü Şirəliyev Sərhəd Səhət oğlu qohumu, 1971-ci il təvəllüdlü Ədilov Habil Nəcəf oğlunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.
Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzindən bildirilib ki, meyitin müayinəsi zamanı ürək, baş və digər bədən nahiyəsində 3 güllə yarası aşkar edilib.
Qohumların dediyinə görə, hadisənin S. Şirəliyevin evində usta işləyən Habil Ədilovla pul üstündə yaranmış mübahisə zəminində baş verdiyi ehtimal edilir.
S. Şirəliyev həbs edilib.
Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (apa)
İnterpress.az