İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 7-də saat 06 radələrində Ağstafa rayonunun Dağ Kəsəmən kəndində Gürcüstan vətəndaşı Bəhruz Əliyev idarə etdiyi “İveco” markalı avtobusla yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub. Nəticədə xəsarət alan olmayıb, 9 baş qoyun tələf olub.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
İnterpress.az