Cəlilabadda iki maşın toqquşdu: 1 ölü, 3 yaralıbackend

Cəlilabadda iki maşın toqquşdu: 1 ölü, 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 7-də saat 18 radələrində Cəlilabad rayonunun Alar kəndində Gülməmmədli kənd sakini Ağasən Səfərovun idarə etdiyi “Mercedes” və şəhər sakini Elçin Muradovun idarə etdiyi “VAZ-2108” markalı avtomobillər toqquşub.

Nəticədə E.Muradov hadisə yerində ölüb, 2 sərnişin, həmçinin digər avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

İnterpress.az