Beşmərtəbəli binadakı yanğın söndürülübbackend

Beşmərtəbəli binadakı yanğın söndürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binanın 5-ci mərtəbəsində saat 23.00 radələrində başlamış yanğın 45 dəqiqə sonra söndürülüb. Şahidlər bildirib ki, yanan mənzildə ana və azyaşlı övladı olub.

Yanğınsöndürənlər mənzilə eyvandan daxil olub və ana və balanı xilas ediblər. Ana və övladı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğınsöndürənlərdən bir nəfər tüstüdən zəhərlənib. Ərazidə təcili yardım maşını olmadığından o, sakinlərin şəxsi avtomobili ilə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. Yanğının baş vermə səbəbi dəqiqləşdirilir.

İnterpress.az