Partlayış “Labuza” hərbi bazasında dünən axşam baş versə də, hadisə barədə məlumat bu gün yayılıb. Hərbi mənbənin “Assoşieyted Press”ə verdiyi məlumata görə, partlayışı husilər törədib.
Yəməndə şiə husilərlə hökumət qüvvələri arasında konflikt davam edir. Husilərin nəzarətində olan ərazilərə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 26 martdan etibarən aviazərbələr endirirlər. Sözügedən tarixdən indiyə qədər ən azı 1,9 min adamın öldüyü bildirilir.
İnterpress.az