İstanbulda terror: Polis bölməsinə hücum edilib – VİDEObackend

İstanbulda terror: Polis bölməsinə hücum edilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yerli vaxtla saat 01.00 radələrində partlayıcı qurğu quraşdırılmış avtomobil Sultanbəyli rayonunda polis bölməsinin binasında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşları hücumçulara cavab atəşi açıblar.

Hazırda atışma davam edir. Avtomobili partladan terrorçunun hadisə yerində öldüyü bildirilir.

Polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, terror hadisəsini PKK törədib.



İnterpress.az