Səhiyyə Nazirliyi toyda kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydıbackend

Səhiyyə Nazirliyi toyda kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 avqustda Binəqədi rayonundakı “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb.

Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Onların hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.

Laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.

Hadisənin araşdırılması davam edir.

İnterpress.az