Rayonun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Cavid Fikrət oğlu Əlizadə avqustun 8-də dostu ilə birlikdə ömründə ilk dəfə dənizə çimməyə gedib. Rayonun Siyavar kəndinin nəzarət olunmayan ərazisində suya girən C.Əlizadə ehtiyatsızlıq səbəbindən batıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, habelə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, həkim briqadası hadisə yerinə cəlb olunublar. Küləkli hava şəraitinə baxmayaraq, 17 yaşlı gəncin cəsədinin axtarışları nəhayət ki, öz səmərəsini verib.
C.Əlizadənin meyiti batdığı yerdən təxminən 3 kilometr aralıda, Astaranın Şahağacı kəndi ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az