Şəkidə yanğınlar başlayıbbackend

Şəkidə yanğınlar başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün saat 16 radələrindən başlayaraq Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində yenidən biçilmiş taxıl, quru ot və kol-kos sahələrində yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan yuxarı ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

Yerli sakinlərin APA-ya verdiyi məlumatına görə, yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri artıq təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub. Yanğınlar hazirda davam edir.

İnterpress.az