Qəza Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhədi yolunun Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində qeydə alınıb. “VAZ 21 015” markalı nəqliyyat vasitəsi ilə “Ford” markalı yük maşınının toqquşması nəticəsində minik maşınının sürücüsü, Şabran rayon sakini, 1978-ci il təvəllüdlü Məlikov Telman Balami oğlu ağır bədən xəsarətləri alıb. O, Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polis idarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır. (apa)
İnterpress.az