Seçkiyə görə heç bir partiyaya əlavə ödəniş edilməyəcəkbackend

Seçkiyə görə heç bir partiyaya əlavə ödəniş edilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

Maliyyə nazirinin sözlərinə görə, siyasi partiyalar haqqında qanuna görə artıq dövlətdən maliyyə yardımı alan partiyalara yanvar və fevral aylarında ödəniş olunub: “AKP, CHP və MHP-yə bu ilin iki ayı ərzində ümumilikdə 531,1 milyon lirə yardım olunub”.

M. Şimşək bildirib ki, 7 iyunda keçirilmiş parlament seçkilərinin nəticələrinə görə partiyalara büdcədən yardım ancaq 2016-cı ilin yanvar ayında edilə bilər.

Maliyyə naziri qeyd edib ki, ölkədə təkrar seçkilərin keçirilməsinin dövlət büdcəsinə əlavə təsiri olmayacaq.

İnterpress.az