İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 15:20-də başa çatıb.
İnterpress.az