Gənclərdən biri Əliyev Azad Hümbət oğlu APA-ya bildirib ki, o, 22 yaşlı əmisi oğlu Dadaş Əliyev və dostları Sirac Qardaşxanov ötən gün axşam Kiyevin “Pobeda” prospektindəki restoranların birindən çıxarkən kefli vəziyyətdə olan naməlum şəxslər ilə mübahisələri düşüb.
Bir qrup yerli gənc restorandan çıxan zaman onlara milli zəmində təhqiramiz sözlər deyiblər. Onlar arasında yaranan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.Yaxınlıqdakı insanların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub: “Biz əvvəlcə onların kefli olduğunu görüb, qoşulmaq istəmirdik. Hiss olunurdu ki, onlar narkotik maddə qəbul ediblər. Amma əmimoğlu Dadaş reaksiya verən kimi bizə hücum etdilər. Dadaşı baş nahiyəsindən ağır yaraladılar. Bizə də müxtəlif xəsarətlər yetirilib. Əmim oğlu Kiyevdəki xəstəxanalardan biriə yerləşdirilib\”.
A. Əliyev hadisə ilə bağlı polisə müraciət etmədiklərini bildirib.
İnterpress.az