Tarixdə bu günbackend

Tarixdə bu gün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

980-ci ildə Şərqin böyük təbib, filosof və şairi İbn Sina dünyaya gəlib

1556-cı ildə Osmanlı sultanı Qanuni Süleymanın adına olan “Süleymaniyyə” camesinin açılışı olub

1905 – Şuşada erməni-daşnak quldur dəstələrinin azərbaycanlı əhaliyə qarşı hücumlarının qarşısı alınıb. Bakıdakı müsəlman qırğınlarından sonra ermənilərin eyni ssenarini Qarabağda həyata keçirmək cəhdləri baş tutmayıb, erməni dəstələri Şuşa yaxınlığında ağır məğlubiyyətə uğrayıblar. Bundan az öncə daşnakların silahlı dəstələri Qacar kəndindəki (Füzuli rayonu) döyüşdə məğlub edilmişdi.

1906 -Ümumrusiya müsəlmanlarının III qurultayı (Nijni-Novqorod) işə başlayıb.Avqustun 20-dək sürən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının (\”İttifaqi-Müslimin\”) proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Azərbaycanlı Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri seçilib.

1924-cü ildə Azərbaycanın məşhur tar ifaçısı Əhsən Dadaşov anadan olub

1925-ci ildə Xalq şairi Bəxtiyar Vahabzadə Şəki şəhərində dünyaya gəlib

1927-ci ildə “Çingiz Mustafayev” adına fondun prezidenti Fuad Mustafayev anadan olub

1934-cü ildə fransız aktyor Pyer Rişar dünyaya gəlib

1954-cü ildə amerikalı rejissor Ceyms Kameron anadan olub

1956-cı ildə Macar teatr oyunçusu və qorxu filmi aktyoru Bela Luqoşi vəfat edib

1958-ci ildə amerikalı pop-kraliça Madonna anadan olub

1993 – Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib. Füzuli istiqamətində Aşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndlər ermənilərin əlinə keçib. Erməni hərbi birləşmələri hər iki rayon mərkəzinin bir neçə kilometrliyində qərar tutublar.

2003-cü ildə uqandalı diktator İyd Emin vəfat edib.

İnterpress.az