İnterpress.az xəbər verir ki, hadisə barədə 65 yaşlı şahid Corc Hadako danışıb.
O bildirib ki, 33 yaşlı Eden Haysın bədənindən cin çıxartma ayinini izləyib. Cini Edenin bədənindən çıxaracağını iddia edən kişi əvvəlcə bağıraraq “İblis, rədd ol, mən səni qovuram” deyib və daha sonra ona bir neçə bıçaq zərbəsi endirib. Bundan sonra şahidlər 911-ə zəng vurublar.
Hadisə avqustun 16-da, yerli vaxtla gecə saat 3-də baş verib. Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən 30 yaşlı şəxs saxlanılıb.
İnterpress.az