İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb.
Şahdağ Milli Parkı ərazisində başlayan yanğın getdikcə geniş ərazini əhatə edib.
Rayonun Tircan kənində yüksək dağlıq ərazidə quru ot, kol-kos və meşə zolağında ağaclar yanıb. FHN-in İsmayıllı, Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi, eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri də cəlb olunub. Yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.
***
İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub.
Hal-hazırda əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
İnterpress.az