Rusiyanın Xəzərdə güc nümayişibackend

Rusiyanın Xəzərdə güc nümayişi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, birinci addım Kremlin təşəbbüsü ilə sahil ölkələrindən Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi dəniz donanmaları Xəzər dənizində hərbi yarışların keçirilməsidir: “Yarışların məqsədi Xəzər sahili ölkələrlə hərbi əməkdaşlığı genişləndirmək idi.
İkinci addım Rusiyanın Hərbi Dəniz Qüvvələrinin komandanı Viktor Çirkovun fikirləridir. Çirkov deyib ki, bu ilin sonuna qədər Xəzəryanı dövlətlərin Hərbi Dəniz Donanması və Hərbi Dəniz Qüvvələri komandanları komitəsi yaratmaq barədə müzakirələr aparılacaq. Rusiya bu məqsədlə Azərbaycan, Qazaxıstan və İranla məsləhətləşmələrə 2015-ci ilin iyulundan başlayıb.
Üçüncü addım isə Rusiya hərbi gəmilərinin növbəti dəfə Bakıdakı limanda lövbər salmasıdır. Bunlar “Mahacqala” və “Volqodonsk” kiçik artileriya hərbi gəmiləri və “Anatoloiy Qujvin” kiçik hidroqrafik gəmisidir. Rusiya hərbi gəmilərinin tez-tez Bakı dəniz limanına gəlmələri siyasi mesaj xarakteri daşıyır. Bu dəfə hidroqrafik gəminin Azərbaycana gəlməsi sual doğurur. Çünki hidroqrafik gəmilər adətən kəşfiyyatla məşğuldur.
Rusiya bu addımlarını Xəzər sahili ölkələrlə əməkdaşlığı genişlənidrmək məqsədi ilə atdığını bəyan edir. Buna baxmayaraq, Kremlin iki məqsədi var. Birincisi, Kreml ABŞ-a mesaj göndərir ki, Pentaqon Xəzər hövzəsində hərbi fəallıq haqqında düşünməsin, burada Rusiyanın hərbi hegemonluğunu qəbul etsin. Kremlin ikinci məqsədi isə odur ki, əməkdaşlıq etdiyi Xəzər sahili ölkələrin özləri Qərbin hərbi strukturları ilə əməkdaşlıqdan çəkinsinlər. Çünki Azərbaycan və Qazaxıstan ABŞ-la müxtəlif istiqamtlərdə hərbi əməkdaşlıqlarını davam etdirirlər, bu isə Kremlin xoşuna gəlmir.
Rəsmi Bakı Rusiyadan silah alır, Xəzərdə birgə hərbi təlimlərdə iştirak edir. Ancaq rəsmi Bakı eyni zamanda Rusiyanın müdafiə sistemindən ehtiyat edir. Çünki Rusiya Azərbaycan torpaqlarını işğal edən Ermənistana silah verməkdə davam edir, bu məqsədlə hətta İrəvana 200 milyon dollar kredit verib. Rusiya ordusu Cənubi Osetiya üzərindən Bakı-Supsa neft kəmərinin bir hissəsi üzərində nəzarət ələ keçirib. Bu da Bakıya mesajdır. Digər tərəfdən Rusiya Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropaya daşınmasını da əngəlləyir. Bu isə Türkmənistan və Azərbaycanın maraqlarına cavab vermir.
Bu səbəblərə görə də regional təhlükəsizlik və boru xətlərinin qorunması məsələsində Azərbaycan ABŞ və NATO ilə əməkdaşlığa üstünlük vermək məcburiyyətindədir”.

İnterpress.az