Müsavatın Suraxanı təşkilatında seçki qalmaqalıbackend

Müsavatın Suraxanı təşkilatında seçki qalmaqalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təşkilatın keçmiş sədri Rövşən Dəmirli İnterpress.az-a bildirib ki, seçkidə 19 nəfər iştirak edib və nizamnamə pozuntuları ilə müşayət olunub: “Seçkidə say komissiyasının üzvləri də namizəd olub. Bu isə Nizamnamə pozuntusudur. Namizədlərdən 3 nəfəri Şuraya, 3 nəfəri Nəzarət-Təftiş Komissiyasına üzv seçilib. 1 nəfər də sədr olub. Müsavatın Nizamnaməsinə əsasən, səsvermə gizli olduğu üçün say komissiyası yaradılır. Ancaq həmin say komissiyasının üzvləri hansısa seçkili orqanlara namizəd olublar. Suraxanıdakı seçkidə Nizamnamə tələbi pozulub”.

Müsavatın təşkilat şöbəsini sədri və Divan üzvü Razim Əmiraslanlı isə İnterpress.az-a açıqlamasında iddialarla razılaşmayıb: “Mən də həmin yığıncaqda iştirak etmişəm, Nizamnamənin pozulması barədə fikrilər həqiqətəuyğun deyil. Tam demokratik və alternativ seçki olub. Şura və NTK-ya yeni üzvlər seçilib. Ərzulla Buludov isə partiyanın Suraxanı rayon təşkilatına yeni sədr seçilib.

Elnarə
İnterpress.az