Yanan binanın sakinlərinə məişət əşyaları verilməyəcəkbackend

Yanan binanın sakinlərinə məişət əşyaları verilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə \”Report\”a görüşdə iştirak edən sakinlərdən biri məlumat verib.

Görüşdə baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov, RİH-in Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov və digər rəsmilər iştirak edib.

Sakin həmçinin qeyd edib ki, mənzilindəki bütün əşyaları yanan vətəndaşlardan biri dövlətin onun daşınar əmlakı üçün ödəniş edib-etməyəcəyini soruşub: \”Abid Şərifov cavab verdi ki, hesabınıza 20 min manat ilkin ödəniş köçürülüb, həmin pulla alarsız. Amma bu ilkin ödəniş bizə psixoloji, mənəvi dəyən ziyana görə ödənilib. Biz hələ də özümüzə gəlməmişik. İlkin ödənilən pul çoxdan xərclənib. Kreditlərimizi ödədik, müalicələrimizə xərclədik, yeməyimiz, geyimimiz, dərmanımızı bu müddət ərzində həmin pullarla ödədik. İndi də bizə deyirlər ki, sizə televizor, soyuducu, kondisoner verməyəcəyik. Televizorda baxırıq, deyirlər ki, hər şeyi verəcəyik\”.

İnterpress.az