İnterpress.az xəbər verir ki, bu ilin sonuna kimi “Patriot”ların missiyasının mandatı başa çatır və qərb ölkələri mandatı uzatmaq fikrində deyillər. Düzdür, ABŞ rəhbərliyi lazım olarsa, “Patriot”ları bir həftə ərzində Türkiyəyə geri qaytara biləcəyini vurğulayır, amma missiyasının mandatı yanvarda bitən Almaniya bunu heç cür edə bilməyəcəyini deyir. “Reuters” agentliyi ehtimal edir ki, hər iki ölkə bölgədəki təhlükələri əvvəlcədən qiymətləndirərək Suriya ərazisindən Türkiyəyə böyük hücum ola biləcəyini proqnozlaşdırıblar.
İnterpress.az