XİN-dən səfirliyimizin erməni məhəlləsində yerləşməsiylə bağlı açıqlamabackend

XİN-dən səfirliyimizin erməni məhəlləsində yerləşməsiylə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-in sorğusunu cavablandırarkən bildirib ki, bu məlumat düzgün deyildir:

\”Azərbaycan Respublikasının Livanın paytaxtı Beyrut şəhərində mənzillənən Suriya Ərəb Respublikasındakı Səfirliyi Beyrutun Nəqqaş Rabia rayonunda yerləşir. Dəqiq ünvan isə belədir: Əl-Mətn, Antillyas, Əl-Rəhbani küçəsi, Aramta mərkəzi. Beyrutda ermənilərin kütləvi şəkildə yaşadıqları rayon isə Burc Hammud adlanır. Əgər müqayisə üçün desək Beyrutda səfirliyin yerləşdiyi rayon ilə Burc Hammud arasındakı məsafə fəqri təqribən Bakının Səbayıl rayonu ilə Əhmədli arasındakı fərqə bənzəyir. Bununla belə, Livan və Beyrut ilə yaxından tanış olan şəxslər bilirlər ki, ermənilər kompakt yaşadıqları Burc Hammud ilə bərabər Beyrutun digər rayonlarına da səpələnmişlər\”.

Beyrutda Azərbaycan səfirliyinin yerləşdiyi ərazidə digər ölkələrin diplomatik nümayəndəliklərinin olması barədə suala cavabında H.Hacıyev isə deyib:

\”Bu ərazidə və Azərbaycan səfirliyinin qonşuluğunda Türkiyə, Yunanıstan, ABŞ, Meksika və Fransanın səfirlikləri vardır. Səfirlik əməkdaşları da diplomatik rayon olan bu ərazidə yaşayırlar\”.

İnterpress.az