Şahdağ Milli Parkının ərazisində yanğın olubbackend

Şahdağ Milli Parkının ərazisində yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Tircan kəndində (rayon mərkəzindən 38 km aralı) Şahdağ Milli Parkına məxsus ərazidə 4 ha sahədə ağaclar və kol-kos yanıb.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az