Qubad İbadoğlunun təşkilatı seçkilərə qatılmayacaqbackend

Qubad İbadoğlunun təşkilatı seçkilərə qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a hərəkatın sədr müavini Ellada Məmmədli deyib. Onun sözlərinə görə, hərəkat üzvlərindən ancaq fərdi qaydada seçkidə iştirak etmək istəyənlər var:

“Fərdi olaraq kim namizədliyini verəcəksə, dəstəkləyəcəyik. Amma hələlik fərdi qaydada seçkidə iştirak edəcək şəxslərin sayı məlum deyil”.

“Demokratiya və Rifah Hərəkat seçkidə hansı partiyanın namizədlərini dəstəkləyəcək” sualına E.Məmmədli belə cavab verib:

“Bu haqda fikir mübadiləsi aparılmayıb. Bilirsiniz ki, hərəkatda müxtəlif partiyaların üzvləri təmsil olunur. Heç bir partiya üzvünə fərq qoyulmayacaq. Amma təbii ki, ilk öncə ADR hərəkatı üzvlərini dəstəkləyəcəyik”.

İnterpress.az