Habil Əliyevi süni nəfəs aparatından ayırdılarbackend

Habil Əliyevi süni nəfəs aparatından ayırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a məlumat verən sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyevanın sözlərinə görə, H.Əliyev bu səhər saatlarında süni aparatdan ayrılıb:

“Türkiyəli həkimlərin köməkliyi sayəsində Habil müəllim həyata qayıdıb. Həkimlər onun rahat nəfəs alması üçün süni aparatdan ayırıblar. Bu mənim üçün gözəl xəbər oldu”.

Ş.Əliyeva türkiyəli həkimlərin Azərbaycana gətirilməsində birbaşa rolu olan ölkə prezidenti və onun xanımına təşəkkür etdi:

“Cənab prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya ailəm adından minnətdarlıq edirəm”.

Xatırladaq ki, Habil Əliyev uzun illərdir ki, ağ ciyər-ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. O, hazırda Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsindədir.

İnterpress.az