İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasından sonra 1 dollar 2,93 lirəyədək yüksəlib.
Məhz bu açıqlamadan sonra dünən qeydə alınan 1 dollar 2,90 lirəlik rekord təzələnib.
Qeyd edək ki, paralel olaraq artan avro da 3,21 lirə sərhədini keçib. İndi 1 avro 3,2156 lirəyə bərabərdir.
İnterpress.az