İstanbulun Dolmabağça Sarayının girişində dayanan polislərə atəş açılıbbackend

İstanbulun Dolmabağça Sarayının girişində dayanan polislərə atəş açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində ölən olmayıb, bir polis işçisi yüngül yaralanıb.

Türkiyə vaxtı ilə saat 14:40-da 2 silahlı şəxs əvvəlcə polislərə səs bombası atıb, ardınca atəş açıb. Polisin dərhal reaksiya verməsindən sonra təxribatçılar ərazidən qaçıb. Lakin polisin təqibi nəticəsində onlar Almaniya Baş Konsulluğu yaxınlığında saxlanılıblar.

Qeyd edək ki, tarixi Dolmabağça Sarayında Türkiyə baş nazirinin ofisi var.

İnterpress.az