Sərnişin avtobusu qəzaya uğrayıb: 2 ölü, 12 yaralıbackend

Sərnişin avtobusu qəzaya uğrayıb: 2 ölü, 12 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna XİN mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın Rumıniyadakı səfirliyinin məlumatına görə, bu gün Rumıniyanın Braila şəhəri yaxınlığında İstanbul-Kişinyov marşrutu üzrə hərəkət edən Türkiyə dövlət nömrə nişanlı sərnişin avtobusu qəzaya uğrayıb. İlkin məlumata görə, avtobusda Ukrayna vətəndaşları da daxil olmaqla 50 sərnişin olub”, deyə məlumatda bildirilir.

Məlumata əsasən, qəza nəticəsində ölənlərdən biri azyaşlı uşaqdır. Yaralıları helikopterlər vasitəsilə xəstəxanalara çatdırılıb.

İnterpress.az