İnterpress.az xəbər verir ki, diametri 159 və 108 mm-lik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar 20 avqust tarixdə saat 10.00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 7-8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, M.Sənani, X.Şuşinski, S.Rəhmanov, Ç. Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
İnterpress.az