Neftin qiyməti kəskin ucuzlaşdıbackend

Neftin qiyməti kəskin ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ICE London qitələrarası birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 3,59% ucuzlaşaraq 47,06 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 4,22% azalaraq 40,82 dollar təşkil edib.

Neftin qiymətinin ucuzlaşmasının səbəbi kimi avronun dollara qarşı bahalaşması və ABŞ-ın neft ehtiyatlarının 0,6% (2,6 milyon barel) artması göstərilir.

Qeyd edək ki, hal-hazırda ABŞ-ın strateji neft ehtiyatları 456,2 milyon barelə bərabərdir. (oxu.az)

İnterpress.az