Tədbirdə çıxış edən Razi Nurullayev AXCP-dən uzaqlaşdırılan, hüququ pozulan, getməyə vadar edilən üzvlərin bir araya gəlməklə bağlı qərar verdiklərini bildirib: \”Düşünürük ki, ölkədə ciddi müxalifət problemi var. Biz AXCP adına iddia edirik. Bununla bağlı cəbhəçilərlə danışıq aparmışıq. Ya Əli Kərimli partiya sədrliyindən getməlidir ya da biz Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik üzərində mübarizə aparacayıq.
Hesab edirik ki, yeni partiya yaratmağa ehtiyac yoxdur. Çünki AXCP adında partiya artıq var\”.
R. Nurullayev qeyd edib ki, məqsədi gəncləri qabağa verməkdir:
\”Bizim şəxsi məqsədimiz yoxdur. İstəyirik gəncləri qabağa verək. Qoy Azərbaycan siyasətini gənclər müəyyənləşdirsin\”. ( qafqazinfo.az )
İnterpress.az