BMT baş katibi Ermənistan və Azərbaycan arasındakı gərginlikdən narahatdırbackend

BMT baş katibi Ermənistan və Azərbaycan arasındakı gərginlikdən narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər ki, P. G. Mun Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından narahatlıq ifadə edərək münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

S. Sarkisyan isə öz növbəsində danışıqlar prosesinin hazırkı vəziyyəti, təmas xəttində yaranan gərginliklə bağlı baş katibi məlumatlandırıb.

Tərəflər müasir beynəlxalq problemlər, yeni münaqişələr, terrorizm və ekstremizm, Yaxın və Orta Şərqdə yaranan vəziyyətə dair fikir mübadiləsi aparıblar.

BMT baş katibi Ermənistan prezidentinə Şimali İraq və Suriyadan olan qaçqınlara sığınacaq verdiyi üçün təşəkkür edib.

İnterpress.az