Cinayət Məcəlləsinə dəyişiklik olundubackend

Cinayət Məcəlləsinə dəyişiklik olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə 314-2.1-1 maddəsi əlavə olunması təklif edilib.

Yeni maddəyə görə, qanunvericilikdə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud həmin torpaq sahələrində tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə həmin vəzifəli şəxsə, 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Daha bir dəyişiklik isə İnzibati Xətalar Məcəlləsində olub.

Dəyişikliyə əsasən, Azərbaycanda meşə fondu torpaqlarının özbaşına tutulması ilə bağlı nəzərdə tutulan cəza aradan qaldırılıb. Həmin cəzanın olduğu 70-ci maddədə meşə fondu torpaqlarının özbaşına tutulması və ya həmin torpaqlardan qanunsuz istifadə edilməsinə görə fiziki şəxslər 700 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 3 500 manatdan 5 000 manata qədər, hüquqi şəxslər isə 6 500 manatdan 8 000 manata qədər cərimələndiyi qeyd olunmuşdu.

Yeni təklif olunan 88-1.1 maddəyə əsasən isə torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi üçün fiziki şəxslər 300 manat miqdarında, vəzifəli şəxslər 600 manat miqdraında, hüquqi şəxslər 3000 manat miqdarında cərimə edilir.

Sonda məsələ səsə qoyularaq qəbul edilib.

İnterpress.az