Bundan Windows 7, Windows 8 və Windows 10 istifadəçiləri yararlana biləcəklər.
İndi bu funksiya Skype-da destkop versiyasına quraşdırılacaq və istifadəçilərə dil anlaşılmazlığı maneəsi olmadan ünsiyyət qurmağa imkan verəcək.
Qeyd edək ki, tərcümə altı müxtəlif dildə: ingilis, fransız, alman, italyan, ispan və çin dilində həyata keçiriləcək. Skype bu dillərin istənilənində söhbət aparmaq imkanı verəcək.
“Dil maneəsini aradan qaldırmaq və insanları bir-birinə yaxın etmək bizim çoxdankı arzumuz idi. Microsoft əməkdaşları bunun üzərində uzun müddət çalışıblar. Biz cari texnologiyanı bütün devayslara tətbiq etməyə çalışırıq”, – Microsoft komandası bəyan edib.
Artıq yaxın günlərdə istifadəçilər audio və videozənglərdə tərcüməçi düyməsini görə və istifadə edə biləcəklər.
İnterpress.az