Oktyabrın 19-da Sumqayıt şəhərində Namiq Yağnəliyev idarə etdiyi 9 saylı “İsuzu” markalı avtobusla Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qasımov tərəfindən münaqişə zəminində döyülüb. Sərnişin sürücünü bıçaqlayaraq onun çanaq sümüyünü sındırıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov tutulub.
İnterpress.az