“Skype”dan yenilikbackend

“Skype”dan yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Skype” Windows, Mac Web proqramlarında tətbiq edilən yeni xüsusiyyəti sayəsində bənzərsiz bir əlaqə vasitəsinə çevrildi. Belə ki, artıq bir bağlantı yaratmısınızsa, onu dostlarınıza göndərərək, “Skype” hesabı olmayanlarla da əlaqə yarada bilərsiniz.

Hazırda ABŞ və İngiltərədə aktiv olan bu xüsusiyyət tezliklə bütün istifadəçilər üçün keçərli olacaq. “Skype”ın bu xüsusiyyətini digər ölkələrə də yaymağı nəzərdə tutan şirkət bundan əlavə “iPhone”, “iPad”, Android proqramları üçün də lazım olan yenilikləri tətbiq edəcək. Windows Mobile üçünsə hələlik belə bir yeniliyin tətbiqi nəzərdə tutulmur.

“Skype” komandası tərəfindən bildirilməsə də, bu yeniliyi istifadə edə bilmək üçün dostlar siyahısının üstündəki “+ Yeni” düyməsinə tıklayaraq, https://join.skype.com linkini dostlarınıza göndərməyiniz yetərli olacaq. ( musavat.com )

İnterpress.az