Dəvəquşuya bənzəyən dinozavr tapıldıbackend

Dəvəquşuya bənzəyən dinozavr tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Dəvəquşuya bənzəyən dinozavrın 66 milyon il əvvəl yaşadığı qeyd olunub. Kretas dövründə yaşayan dinozavr elm aləminə heyvanlarda və quşlarda tüklərin inkişafı haqqında yeni məlumatlar verə bilər. Paleontoloqlar, Kanadanın Alberta bölgəsində 2009-ci ildə tapılan dinozavr skeleti üzərindəki tədqiqat nəticələrini ictimaiyyətə təqdim ediblər. Tük və dəri qalıqları baxımından nadir bir skelet olaraq qəbul edilən dinozavr, anatomik quruluşuna görə dəvəquşuya bənzədiyi ifadə edilib. İki ayaq üzərində sürətlə hərəkət edən və adətən ət yeyən teropoda sinifindən bir Ornitiomimus olduğu güman edilən tüklü dinozavr Kretas Dövrünün sonlarında, 66 milyon il əvvəl yaşadığı qeyd edilib. Aeron van der Reestin qazıntılar zamanı tapdığı dinozavr, tüklü Ornitiomimuslara aid yalnız üç qalıqdan biri olduğu qeyd olunub. Van der Reest, skeletin boyun hissəsində çox az, ayaqlarında və quyruğunun aşağı hissəsində isə tüklərin olmadığını söylədi. Tədqiqatçılar, çılpaq dərisi sayəsində dinozavrın müasir dəvəquşular kimi bədən temperaturuna sahib olduğunu və onlara bəzər həyat sürdüklərini güman edirlər. Alberta Universitetində fəaliyyət göstərən professor Aleks Volf, tüklərin tədricən inkişafı haqqında yeni məlumatlar əldə edə biləcəklərini söyləyərək Ornitiomimus qalıqlarında bəzi morfoloji xüsusiyyətlərin müasir quşlarla eyni olduğuna diqqət çəkdi. \”Cretaceous Research\” jurnalında 2016-cı ilin martında nəşr olunacaq. Araşdırmaya görə, Albertada olan skelet uçan dinozavrlara aid günümüzə çatan yeganə yumşaq toxuma nümunəsini ehtiva edir. Van der Reest : \”Tüklərin bu günə qədər necə qorunduğunu öyrənmək olarsa, torpaq altında yumşaq toxumaya malik digər qalıqları tapmaq ehtimallarının güclənəcəyini\” bildirib.

Dəvəquşuya bənzəyən dinozavr tapıldı

İnterpress.az