İnterpress.az xəbər verir ki, Çilidən teleskoplarla aparılan müşahidələrdə ortaya çıxan planetə “GJ 1132b” adı verilib. Qalın bir atmosfer quruluşuna sahib olduğu açıqlanan planet dünyaya 39 işıq ili məsafədədir. Bu məsafə “Hubble Teleskopu”nun imkanları ilə müşahidə edilə bilər.
“Nature” jurnalında yayımlandı
May ayında kəşfi açıqlanan planetlə əlaqədar tapıntılar “Nature” jurnalında yayımlanan məqalədə açıqlanıb. Elm adamları bu planetin çox isti olduğundan hər hansı bir həyat əlaməti üçün əlverışsiz olduğunu bildirib.