“Mərkəzi Bank “ciddi” arqument gətirərək (məktubdan çıxarış ….vəsatətdə adları qeyd olunmuş şəxslər tərəfindən Sizə verilmiş etibarnamələrin təsdiq edilmiş surətləri Mərkəzi Banka təqdim edildikdən sonra müraciətinizə mahiyyəti üzrə baxılaçaqdır ) bankla bağlı qərarın uzadılmasına müvəffəq olmuşdur. Mərkəzi Bankın bu marağını anlaya bilmirik. Bizə müracət edən (və etmək istəyən) əmanətçilərin nəzərinə çatdırırıq ki, sənədləşmə işləri dekabrın 24-ünə qədər davam edəcək. Mərkəzi Bankın qərarından asılı olaraq məhkəməyə müraciət olunacaq”, – hüquqşünas yazıb.
Qeyd edək ki, “Bank of Azerbaijan”ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında 1993-cü ilin dekabr ayının 1-də qoyulub. 2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir. 2006-cı ildə səhmdarların ümumi iclasında Bankın adının \”Bank of Azerbaijan\” ASC adına dəyişdirilməsi haqda qərar qəbul edilib. Bankın 16 filialı, 3 şöbəsi, 29 bankomatı və 500 POS-terminalı var.(musavat)
İnterpress.az