Bu ölkədə WhatsApp qadağan edildibackend

Bu ölkədə WhatsApp qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada yerli məhkəmənin çıxardığı qərar nəticəsində “WhatsApp” proqramının iki günlük müddətinə istifadəsinə məhdudiyyət qoyulub.
Mesajlaşma proqramının bağlanmasına səbəb isə “Whatsapp”ın Sao Paulo şəhəri məhkəməsinin istintaq daxilində əməkdaşlıq tələbini rədd etməsi olub.
Bu qərarı yerli telekom şirkətlərinə bildirən məhkəmə, cəzanın bu gündən etibarən başladığını bildirib.
Qeyd edək ki, bu hadisə sosial mediada birmənalı qarşılanmayıb.
Xatırladaq ki, “WhatsApp” proqramı bununla ikinci dəfədir ki, Braziliyada məhdudiyyətlərlə üzləşir. Braziliyada ilk dəfə bu qadağa 2015-ci il fevralın 28-də qoyulmuşdu.

Səid
İnterpress.az